İran və “altılıq” vasitəçilər qrupunu təmsil edən Aİ-nin nümayəndələri Tehranın nüvə proqramına dair danışıqları mayən 12-də Vyanada davam etdirəcəklər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mayın 15-də danışıqlara “altılıq” qrupundakı digər ölkələrin nümayəndələri qoşulacaq. Bu barədə Aİ xarici siyasət xidmətinin məlumatında bildirilir.
“Aİ-ni təmsil edən Helqa Şmidt və İran XİN rəhbərinin müavinləri Abbas Əraqçı və Məcid Taxt Rəvançi mayın 12-də Vyanada danışıqları davam etdirəcəklər. Sonra, mayın 15-də onlara “altılıq” ölkələrinin nümayəndələri qoşulacaq”, deyə məlumatda bildirilir.
Məlumata əsasən, Aİ və İran nümayəndələri Lozannada aprelin 2-də razılaşdırılmış əsas müddəalara əsaslanacaq yekun sazişin əsas mətninin layihəsi üzərində işi davam etdirəcəklər.
“Eyni zamanda texniki ekspertlər əsas mətnə əlavə olunacaq razılaşmaların hazırlanması üzərində işi davam etdirəcəklər”, deyə sənəddə bildirilir.