Ağcaqanadlardan qoruyan köynək yaradıldı
19 avqust 2015 00:43 (UTC +04:00)

Ağcaqanadlardan qoruyan köynək yaradıldı

0

İspaniyanın “STINGBye” tekstil şirkəti ağcaqanad, gənə, taxtabiti və başqa həşəratlardan qoruyan futbol köynəkləri istehsal edib.

 

Lent.az-ın “musavat.com”-a istinadən xəbərinə görə, şirkət 4 ilini beynəlxalq laboratoriyalarda texnologiyaların tədqiqatına həsr edib.

 

Bu ilin iyun ayında köynəklərin birinci partiyası satış üçün İspaniyanın 80 aptekinə çatdırılıb.

 

Qeyri-adi geyimin tərkibində permetrin maddəsi var ki, bu da həşəratları qovmağa kömək edir.

 

“STINGBye” artıq İsveçrənin “Sanitized” şirkətindən beynəlxalq keyfiyyət sertifikatı alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar