İngiltərədə yaşayan 31 yaşlı Emma McKabe ağacla evlənmək niyyətindədir. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, qadın ağaca aşiq olduğunu ailəsinə də bildirib. O, ağacla nigaha daxil olmaq istədiyini də hamıya elan edib. Qadın ağaca ad da qoyub - Tim.
"Mənim hiss etdiklərim gerçəkdir. Ağac mənim ehtiyaclarımı qarşılayır. Hər həftə onunla oluram". Qızın sözlərinə görə, əvvəl ailəsi onun bu təklifini eşidəndə şoka düşüb. Lakin sonradan onu anlayıb və dəstəkləyiblər.
Mütəxəssislərin sözlərinə görə, Emma dendrofili adlanan narahatlıqdan əziyyət çəkir. Bu sindroma yoluxanlarda ağaclara qarşı həddindən çox sevgi yaranır.
İngilis qızın da kişilərlə münasibət qura bilməməsindən sonra bu sindroma tutulduğu ehtimal edilir. Nəticədə Emma ona yox deyə bilməyəcək bir canlıya maraq duymağa başlayıb.