Ağ Ev Ukraynanın şərqindəki vəziyyətdən narahatdır
08 aprel 2014 06:37 (UTC +04:00)

Ağ Ev Ukraynanın şərqindəki vəziyyətdən narahatdır

ABŞ administrasiyası Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib.


 

Lent.az-ın “UNN”-ə istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Cey Karni jurnalistlərə açıqlamasında bunu bəyan edib.

 

 

“Biz vəziyyətin gərginləşməsindən narahatıq. Bunu Rusiyanın Ukraynaya qarşı təzyiqi artırmasının nəticəsi kimi qiymətləndiririk. Donetskdə referendumun keçirilməsini tələb edənlərin buna hüquqi səlahiyyətləri çatmır. Əgər Rusiya Ukraynanın ərazi bütövlüyünə yönələn yeni addımlar atsa, bu nəticəsiz qalmayacaq ” - deyə, Karni bildirib.  

 

C.Karni ABŞ prezidenti Barak Obamanın sərəncamına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsinə hazır olduqlarını da bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar