Ağ Ev Rusiyaya qarşı əlavə sanksiya tətbiq edə bilər
06 mart 2014 18:46 (UTC +04:00)

Ağ Ev Rusiyaya qarşı əlavə sanksiya tətbiq edə bilər

0

Vaşinqton Moskvanı Ukrayna hökuməti ilə dialoqa və öz qoşunlarını dərhal Rusiyadakı bazalara geri qaytarmağa çağırıb


 

“Ukraynada vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq, ABŞ lazım gələrsə, Rusiyaya qarşı əlavə tədbirlər və sanksiyaları nəzərdə keçirməyə hazırdır”. APA-nın xəbərinə görə, bu barədə Ağ Evin bəyanatında deyilir. Bu gün Barak Obama hökuməti Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təhlükə yaranmasında iştirakı olan Rusiya və Ukraynadakı (Krımdakı) bəzi vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.

 

Ağ Ev Rusiyanı yaranmış böhranı Ukrayna hökuməti ilə birbaşa dialoq qolu ilə həll etməyə, öz qoşunlarını dərhal Rusiyadakı bazalara geri qaytarmağa, Ukraynanın ərazi bütövlüyünü bərpa etməyə, eləcə də beynəlxalq müşahidəçilərin bölgədə fəaliyyətinə şərait yaratmağa çağırıb.

 

Bəyanatda bildirilir ki, ABŞ Ukraynada hadisələrin inkişafını diqqətlə izləyir və Şimali Atlantika müqaviləsində nəzərdə tutulan kollektiv öhdəliklərinə sadiqdir: “Biz Baltik regionundakı NATO missiyasına və Polşadakı aviasiya dəstəmizə əlavə dəstək vermək də daxil olmaqla, bu öhdəlikləri möhkəmləndirən tədbirləri davam etdirəcəyik”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1106

Oxşar yazılar