Mayın 7-də Ağ ev Rusiya şirkətlərinin yararlandığı bir sıra güzəştlərdən məhrum etmək niyyətində olduğunu bildirib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
ABŞ prezidenti Barak Obama konqresə uyğun məktubunda Rusiyanın güzəştlərinin ləğv edilməsindən bəhs edib.
“Rusiya inkişaf etməkdə olan dövlətlərini istifadə etdiyi Ümumi Preferensiya Sistemindəki (GSP) statusunun dayandırılması lazımdır. Çünki Rusiya artıq iqtisadi inkişafını və ticarətdə rəqabətə davamlılığı yaxşılaşdırıb ”-deyə, sənəddə vurğulanıb.
Preferensiya - müəyyən ölkələrdən gətirilən bütün və ya ayrı-ayrı növ məhsullara gömrük rüsumları üzrə tətbiq edilən güzəştlərdir. Bu güzəşt digər ölkələrin məhsullarına aid edilmir. Belə güzəştlər minimal dərəcələr və yaxud rüsum ödəməkdən tamamilə azad olunma formasında çıxış edir.