ABŞ hakimiyyəti Rusiyanı mayın 25-də Ukraynada keçiriləcək prezident seçkisini pozmağa cəhddə ittiham edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Cey Karni bu haqda açıqlama verib.
“Mayın 25-də keçiriləcək prezident seçkisini Rusiyanın pozmaq istəyindən ehtiyatlanırıq. Ukraynalıların öz gələcəklərini necə quracaqlarının Moskvaya dəxli yoxdur” -deyə, Karni bildirib.
Ağ ev təmsilçisi Rusiyaya qarşı yeni sanksiyaların mövcudluğunu da vurğulayıb.