ABŞ administrasiyası Rusiya XİN-in “Greystone” mühafizə firması ilə bağlı yaydığı xəbəri “cəfəngiyyat” adlandırıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Cey Karni məsələyə belə münasibət bildirib: “Bir müddət öncə şirkətin bunu təkzib etməsinə diqqətinizi çəkmək istərdim”. O, yayılan xəbərin “cəfəngiyyat olduğunu” da vurğulayıb.
Xatırladaq ki, aprelin 7-də Rusiyanın Xarici İşlər Nazirliyi sensasiyalı açıqlama ilə çıxış edib. Qurum “Facebook”-dakı səhifəsində yayılan müraciətdə bildirmişdi ki, Ukraynanın qərbindən “Sağ sektor”-un yaraqlıları və ABŞ-ın “Greystone” təşkilatının üzvləri orduya yardıma yola düşüb.
Nazirlik onu da bildirmişdi ki, əsas rahatsızlıq “bu əməliyyata ABŞ-ın xüsusi təyinatlı "Greystone" hərbi hissəsinin 150-yə yaxın mütəxəssisinin cəlb edilməsidir”.