Ağ Evin mətbuat katibi Cey Karni Rusiya məmurlarına qarşı sanksiyaların tətbiqini şərh edib. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, gələcək «qara siyahıya» Rusiya prezidenti Vladimir Putinin də daxil edilə biləcəyini istisna etməyib.
O, qeyd edib ki, əgər Rusiya Ukraynaya qarşı tutduğu mövqedən əl çəkməzsə, o zaman əlavə sanksiyaların tətbiqi istisna olunmur.
«Martın 17-də Ağ Evin dərc etdiyi «qara siyahıda» Vladimir Putinin adı niyə yox idi» sualına cavabında Karni deyib ki, Ağ ev «növbəti addımların düşünür».
Təmsilçi vurğulayıb ki, növbədən kimin olacağına işarə etmək niyyətində deyil.