Ağ ev İrandan vətəndaşı ABŞ vətəndaşı Əmir Mirzəyi-Hikmətinin azadlığa buraxılmasını tələb edib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda ABŞ-ın dövlət katibi Con Kerri açıqlama verib.
Amerikalı diplomat açıqlamasında vurğulayıb: “Bu gün ailəsinə baş çəkmək üçün İslam Respulikasına getmiş amerikalı veteranının İranda həbsindən min gün keçir. O, üç ilə yaxındır qondarma casusluq ittihamı ilə tutulub. Vaşinqton onun sağlıq durumundan rahatsızdır”.
O, daha sonra qeyd edib: «Biz İran hakimiyyətindən Hikmətinin sərbəst buraxılmasını tələb edirik».
Xatırladaq ki, Tehran hakimiyyəti Əmir Hikmətini 2012-ci ilin yanvarında həbs edib və onu “İslam Respublikasına qarşı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda, terrorçuluqda” ittiham edir.