Ağ ev: «Rusiya öhdəliklərini yerinə yetirməlidir»
01 mart 2014 04:17 (UTC +04:00)

Ağ ev: «Rusiya öhdəliklərini yerinə yetirməlidir»

0

«ABŞ Krımda baş verənlər haqda xəbərlərdən  rahatsızdır və həmin informasiyaları əldə etsə də, təsdiqini tələb edib».

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Ağ Evin təmsilçisi Cey Karni bu haqda bəyanat verib.

 

«Biz Rusiyanın nə etdiyini, olanların «qırmızı xətti» keçəcəyinin nə ilə nəticələnəcəyini izləyirik. Baş verənlər Rusiyanın ABŞ-ı əmin etməsinə cavab vermir. Rusiya bizə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcəyinə söz vermişdi.

Biz Rusiyanı götürdüyü öhdəliyə əməl etməyə və Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırırıq Rusiya ilə davam edən danışıqlarda ABŞ ərazi bütövlüyünün qorunmasının gözlənilməsi ilə bağlı mövqeyini aydın şəkildə ortaya qoyub».

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar