Aprelin 11-də ABŞ rəsmi olaraq, iranlı diplomat Həmid Əbutalibiyə viza verməyəcəyi haqda İranı və BMT-ni məlumatlandırıb.
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, Ağ Evin mətbuat katibi Cey Karni məsələ ilə bağlı bildirib: “ABŞ hakimiyyəti bir mənalı şəkildə İran hökumətinə bəyan edib ki, Həmid Əbutalibinin Nyu-Yorka gəlməsin yol verməyəcək”.
O, terrorda iştirak edən, casusluq fəaliyyəti göstərən, yaxud ölkənin təhlükəsizliyinə qarşı başqa əməllər törədən şəxslərin ABŞ-a girişini yasaqlayan qanun layihəsini prezident Barak Obamanın imzalaması ilə bağlı məsələyə aydınlıq gətirməyib.
Xatırladaq ki, bir müddət öncə Konqres belə bir qanunu təsdiqləyib.
Həmid Əbutalib 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasında iştirak edib. Onda səfirliyi 52 əməkdaşı 444 gün İranda girov saxlanılmışdı.
Həmid Əbutalib əvvəllər orda olmadığını bildirirdi, bu yaxınlarda isə o, səfirlikdə tərcüməçi kimi olduğunu etiraf edib.