Cənubi Afrikada polis paytaxt İohannsburqun yaxınlığındakı Soueto şəhərində ayaqyolu çatışmazlığına etiraz edənlərə qarşı rezin güllələr və gözyaşardıcı qaz tətbiq edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, polis bildirib ki, nümayişçilər paltarlarını soyunaraq, özlərini yoldan ötən avtomobildəkilərə göstərirmiş.
Mənbə xatırladıb ki, irqçilərin, aparteidin dövründə qara dərililər yaşayan məntəqələrdə kanalizasiya olmadığından əhali təbii ehtiyaclarını vedrəyə getməklə ödəyirmiş.
Rəsmi məlumata əsasən, ölkədə 300 minə yaxın evin indiyədək tualeti yoxdur.
Ötən il CAR üzrə insan haqları komissiyası bildirib ki, “vedrə sisteminin” saxlanılması insan haqlarının pozulmasıdır.