Afrikada Ebolaya bənzər virus 70 can aldı
Konqo Demokratik Respublikasında 70 nəfər Ebola xəstəliyinin əlamətlərinə oxşar virusun qurbanı olub
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, Konqoda bu xəstəliyə artıq 592 yoluxma halı qeydə alınıb. Mütəxəssislər əvvəllər bunun Ebola xəstəliyi olduğunu ehtimal edirdilər, lakin sonradan onun başqa virusdan törədildiyi qənaətinə gəliblər.
Qeyd edək ki, son məlumatlara əsasən, Qərbi Afrikada Ebola virusundan ölənlərin sayı 1350 nəfərə çatıb.
795