Aprelin 23-də Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer fransalı həmkarı Loran Fabiusla ikigünlük Gürcüstana səfər edəcək.
Lent.az-ın “Qruziya onlayn”-a istinadən məlumatına görə, aprelin 22-də Gürcüstan xarici işlər nazirinin birinci müavini David Zalkaliani mətbuat konfransında açıqlama verib.
Gürcü diplomatının sözlərinə əsasən, bu səfər çoxdan planlaşdırılsa da, yaranan şərait ucbatından təxirə salınmışdı.
“Avropa Birliyindəki nüfuzları nəzərə alınsa, nazirlərin səfəri haqda danışmaq artıqdır. Almaniya və Fransanın birinci diplomatlarının Gürcüstana səfərləri Avropa Birliyi ilə Razılaşma Müqaviləsinin imzalanması və NATO-nun sammiti ərəfəsində səfər etməsi məsələyə əlavə güc verir” - deyə, gürcüstanlı diplomat vurğulayıb.
Avropalı diplomatlar səfər çərçivəsində Gürcüstan prezidenti, baş nazir, parlamentin sədri və xarici işlər nazirləri ilə görüşəcək.