Mərakeşdən İspaniyaya gələn 19 yaşlı qadının çemodanında qaçaqmal yolu ilə keçirilən 9 yaşlı uşaq tapılıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, bunu hava limanında rentgen aparatı göstərib.
Bu məlumatı verən İspaniya polisi bildirir ki, uşaq çox pis durumda olub.
Çemodanın sahibi olan qadının bu uşaqla heç bir əlaqəsi yoxdur. Uşağın atası bir mərakeşliyə pul verib ki, uşağı çemodanda İspaniyaya göndərsin. O da həmin qadından xahiş edib ki, çemodanı özü ilə İspaniyayaya aparsın.
İspaniyanın El Pais qəzeti yazır ki, Fil Dişi Sahilindən olan bu oğlanın atası Kanar Adalarında yaşayır və arzusu öz oğlunu yanına gətirmək olub.