Aerodrom uğrunda döyüşdə 200 İŞİD-çi öldürüldü
10 avqust 2015 23:12 (UTC +04:00)

Aerodrom uğrunda döyüşdə 200 İŞİD-çi öldürüldü

0

Suriya ordusu Hələb şəhəri yaxınlığındakı “Kuveyris” hərbi-hava bazasına hücuma keçən İŞİD terror qruplaşmasının  200-dən çox silahlısını məhv edib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Sputnik” agentliyi məlumat yayıb.  

 

“Aerodromun müdafiəçiləri hücumu dəf edərək ön müdafiə xəttini möhkəmləndirməyə müvəffəq olublar. Biz düşmənin 5 tankını vurduq. Hücum edənlərin bir qismi əsir götürüldü, əksəriyyəti xarici muzdlu olan 200-dən çox silahlı öldürüldü”, deyə mənbə bildirib.

 

Mənbənin sözlərinə görə, mühasirədə olan “Kuveyris” hərbi-hava bazası ilk dəfədir ki bu cür güclü hücuma məruz qalıb.  Terrorçular gecə vaxtı hücuma keçib. Qızğın döyüş zamanı bir general və iki yüksək rütbəli zabit daxil olmaqla 100-dək suriyalı hərbçi həlak olub.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar