AEBA rəhbəri bu gün Ruhani ilə görüşəcək
17 yanvar 2016 07:47 (UTC +04:00)

AEBA rəhbəri bu gün Ruhani ilə görüşəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) rəhbəri Yukia Amano İran prezidenti Həsən Ruhani ilə görüşəcək. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, görüşün bu gün, yanvarın 17-də, Tehranda  baş tutacağı gözlənilir.

 

Tərəflər Tehranın nüvə sahəsində üzərinə götürdüyü  öhdəliklərin verifikasiyası (tələblərin yerinə yetirildiyinin təsdiqlənməsi proseduru) və monitorinqində AEBA-nın rolunu müzakirə edəcəklər.    

 

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına dair hesabat dərc edib. Hesabatda İranın nüvə proqramına dair sazişin implementasiyası (əməli icrası) üçün Tehranın bütün tələbləri yerinə yetirdiyi qeyd olunub. 

 

Qeyd edək ki, AEBA  hesabatı təqdim etdikdən  sonra ABŞ prezidenti Barak Obama İran üzərindən sanksiyaların götürülməsi haqqında fərman imzalayıb.

 

Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi  Federika Mogerini də Aİ-nin İrana tətbiq etdiyi sanksiyaların götürüldüyünü bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar