Adı rüşvətə qarışan baş nazir istefa verdi
21 aprel 2015 16:41 (UTC +04:00)

Adı rüşvətə qarışan baş nazir istefa verdi

 

 

Cənubi Koreyanın adı rüşvətə qarışan baş naziri istefa verib.

 

Lent.az-ın “hürriyet.com.tr”yə istinadən verdiyi məlumata görə, bir ay əvvəl “rüşvətə qarşı mübarizə aparaq” deyə kampaniya başlayan nazirin adının qalmaqala qarışması ölkəni ayağa qaldırmışdı.

 

Ona qarşı irəli sürülən iddiaları qəbul etməyən nazir təzyiqlərə dözməyərək istefa verib. Ölkənin prezidenti Cənubi Amerika səfərindən qayıtdıqdan sonra nazirin istefasını qəbul edəcək. Eyni zamanda parlamentin bugünkü iclasında Lee Van Koonun yerinə hökumətə baş nazirin köməkçisi Çoi Kyung Hvan rəhbərlik edəcəyi bildirilib.

 

Qeyd edək ki, Lee Van Koonun intihar edən iş adamından 30 milyon von (təxminən 28 min dollar) rüşvət aldığı iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar