Adanada İŞİD-ə qoşulmaq istəyənlər saxlanıldı
29 oktyabr 2015 04:46 (UTC +04:00)

Adanada İŞİD-ə qoşulmaq istəyənlər saxlanıldı

0

Türkiyənin Adana şəhərində polis və terrorla mübarizə idarəsinin apardığı əməliyyat nəticəsində İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 8 nəfər saxlanılıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, onların Tacikistan, Çin və Malayziya vətəndaşları olduğu bildirilir.

 

Saxlanılanlar arasında 3 qadın və 8 yaşlı qız da var. Məlumata görə, əcnəbiləri Suriyaya keçirəcək şəxs də tutulub. Onun adı açıqlanmır. Tutulan şəxslər yaxın zamanda deportasiya olunmaq üçün Türkiyə Miqrasiya xidmətinə təhvil veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar