ABŞ-ın Federal Məhkəməsi gənc qadınları oğurlayıb, qətl etməyi planlaşdıran keçmiş polis Gilberto Valyeyə bəraət verib.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, bu xəbəri “Assoşieyted press” yayıb.
Məlumata əsasən, o, gənc qadınlarla “onlayn” yazışaraq, onları yemək niyyətində olduğunu bildirib.
Məhkəmə heyəti müttəhimin söylədiklərinin uydurma olmadığı qənaətinə gəlsə də, hakimlərini məsələyə münasibətində fikir ayrılığı yaranıb.
Cinayət işi başlayandan bəri hakimlər Valyenin fəaliyyətində cinayət tərkibinin olmadığını və bunun yalnız «qeyri-adi fantaziya» olduğunu bildirmişdilər. Polisin planını gerçəkləşdirməyə cəhdi ilə bağlı prokurorun bəyanatı məhkəmə qərarına təsir etməyib.
Xatırladaq ki, Valye 2012-ci ildə tutulub. 2013-cü ildə o, təqsirli bilinsə də, mühakimə edilməyib. Ona qarşı irəli sürülən bütün ittihamlar məhkəmənin sonuncu iclasında rədd edilib.