ABŞ-ın Hərbi Dəniz Qüvvələri “Boeing F/A-18E/F Super Hornet” qırıcısının yeni modelini sınaqdan çıxarıb.
Lent.az-ın “RİA Novosti”-yə istinadən məlumatına görə, “Advanced Super Hornet” yeni modifikasiyasında sallama yanacaq çəni, bir az aşağıda yerləşən silah konteyneri var.
Bundan başqa “Boeing” modeli yeni mühərrikləri, silah sistemləri, eləcə də radar və infraqırmızı aşkarlama, hədəfləri izləmə və müşayiət etmə sistemi ilə təkmilləşdirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Frenk Morli sınağın nəticəsindən razı qaldıqlarını bildirib. Onun sözlərinə görə, bu, 2015-ci ilin büdcəsində ABŞ qanunvericilərinə “Super Hornet”lə bağlı əlavə sifarişlər haqda qərarın qəbuluna kömək edə bilər.