ABŞ Vyetnama silah embarqosunu ləğv etdi
03 oktyabr 2014 07:58 (UTC +04:00)

ABŞ Vyetnama silah embarqosunu ləğv etdi

0

ABŞ Vyetnama dəniz təhlükəsizliyi sahəsində silah tədarükünə qoyduğu embaqronu qismən aradan qaldırıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.   

 

Qeyd edək ki, bu bəyanat ABŞ dövlət katibi Con Kerri və Vyetnamın XİN rəhbəri Fam Bin Min arasında Vaşinqtonda baş tutmuş görüşündən sonra verilib.   

 

Hazırda Vyetnam və Çin arasında Cənub-Çin dənizində ərazi iddiaları mövcuddur. Cen Psaki qeyd edib ki, qadağanın aradan qaldırılmasının bu məsələ ilə  heç bir əlaqəsi yoxdur.   

 

 ABŞ Vyetnama silah tədarükünə   qadağanı 1984-cü ilə qoyub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 710

Oxşar yazılar