ABŞ viza və xarici pasportların verilməsini dayandırdı
13 iyun 2015 05:24 (UTC +04:00)

ABŞ viza və xarici pasportların verilməsini dayandırdı

0

ABŞ Dövlət Departamenti texniki nasazlığa  görə xarici səfirliklərdə viza və xarici pasportların verilməsini dayandırıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

 

Məlumata görə, sənədləşmə ilə bağlı iyunun 9-dan etibarən müraciət edən şəxslər gecikmələrlə üzləşə bilər.

 

Problemin ancaq ABŞ-ın xaricdəki nümayəndəliklərində yaşandığı vurğulanır. “Biz problemin tezliklə həll olunması üçün çalışırıq”, açıqlamada qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar