ABŞ hakimiyyəti vətəndaşının İsrail asayiş keşikçiləri tərəfindən saxlanıldığını təsdiqləyib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, iyulun 5-də Dövlət Departamentinin təmsilçisi Cen Psaki bu haqda bəyanatla çıxış edib.
“ABŞ vətəndaşı Tariq Hdeyrin Qüdsdə həbs edildiyini təsdiqləyirik. Bu gün (iyulun 5-də –red.) oradakı konsulumuz ona baş çəkib. Onun qəddarcasına döyülməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirik”.
Psakinin sözlərinə görə, ABŞ güc tətbiqini mühakimə edir və «istintaqı şəffaf aparmağa çağırır».
“Biz zorakılığın artmasından (Yaxın Şərqdə - red.) rahatsız olduğumuzu təkrar edir, əmin-amanlığın yaradılması üçün bütün tərəfləri tədbir görməyə çağırırıq” - deyə, o, vurğulayıb.
Bir müddət öncə ABŞ-ın informasiya vasitələri Florida ştatının sakini 15 yaşlı Tariq Xdeyrin Qüdsdə saxlanıldığı haqda xəbər yaymışdı. Qüdsdə onu ötən həftə öldürülən 16 yaşlı Məhəmməd əbu – Hdeyrin əmisi oğlu zənn ediblər.
Amerika-Müsəlmanları Şurası Dövlət Departamentindən “bütün imkanlardan istifadə edərək, Tariq Hdeyrin tezliklə sərbəst buraxılmasını” istəyiblər.