ABŞ və Rusiya Suriyada terrorçulara qarşı əməliyyatların aparılması və atəşkəsə əməl olunması sisteminin yaradılmasına dair razılığa gəliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
Kerrinin sözlərinə görə, o son günlər Rusiya XİN rəhbəri Sergey Lavrovla bir neçə dəfə danışıqlar aparıb.
“Tərəflər əməliyyatların yalnız İŞİD və “Cəbhə ən Nüsrə” qruplaşmalarına qarşı aparılmasını təmin edə biləcək sistemin yaradılmasına dair razılığa gəliblər”, deyə Kerri qeyd edib.
Kerri qeyd edib ki, Vaşinqton və Moskva atəşkəsin pozulması hallarına dair məlumatlara çox ciddi yanaşırlar: “Bizim onları mətbuat üçün müzakirə etmək fikrimiz yoxdur, biz sadəcə bu pozuntuları aradan qaldırmaq niyyətindəyik”.
Qeyd edək ki, Suriyada fevralın 27-dən etibarən atəşkəs rejimi rəsmən qüvvəyə minib.
Atəşkəs rejimi “Cəbhə ən-Nüsrə”, İŞİD və bir neçə terror qruplaşmalarına şamil edilmir.