ABŞ və Britaniya İrəvandakı hadisələrdən narahatdır
24 iyun 2015 00:34 (UTC +04:00)

ABŞ və Britaniya İrəvandakı hadisələrdən narahatdır

ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirlikləri İrəvanda etiraz aksiyasının  dağıdılması zamanı polisin güc tətbiq etməsindən narahat olduqlarını bildiriblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın və Böyük Britaniyanın Ermənistandakı səfirliklərinin bəyanatında bildirilir.

 

“Söz və mitinq keçirmək azadlığı demokratiyanın əsas prinsiplərindən biridir və biz şadıq ki tərəflər bu prinsiplərə hörmətlə yanaşaraq gərginliyin artmasına yol verməyiblər. Lakin biz aksiya dağıdılarkən qeyri proporsional gücdən istifadə olunmasından və polis bölmələrində zorakılığa yol verilməsindən  narahatıq”, deyə ABŞ səfirliyinin bəyanatında bildirilir. Səfirlik həmçinin hakimiyyəti polisin gücdən qeyri proporsional istifadə hallarını tam və şəffaf araşdırmağa çağırıb.

 

 

Analoji bəyanatla Böyük Britaniya səfirliyi də çıxış edib. “İrəvanda dinc aksiya iyunun 23-ü səhər saatlarında zorakılıqla yekunlaşıb. Çoxlu sayda aksiya iştirakçısı və jurnalist saxlanılıb. Çoxları düşünür ki, bunlar baş verməyə də bilərdi. Biz, əsasən, jurnalistlərə qarşı zor tətbiq edilmə, mülki geyimli şəxslərin aksiya iştirakçılarına qarşı gücdən istifadə  faktlarından çox narahatıq”, deyə Britaniya səfirliyi qeyd edərək hökuməti dərhal müvafiq addımlar atmağa çağırıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar