İŞİD-ə qarşı "Qərb Koalisiyası" <span style="color:red;">- Obama açıqlayacaq
10 sentyabr 2014 11:50 (UTC +04:00)

İŞİD-ə qarşı "Qərb Koalisiyası" - Obama açıqlayacaq

“İŞİD terror təşkilatı açıq-aşkar Avropanı təhdid edir”. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin Milanda keçirilən qeyri-rəsmi görüşündə İtaliyanın müdafiə naziri Roberta Pinotti səsləndirib.
 

R.Pinotti İŞİD terror təşkilatının təkcə fəaliyyət göstərdiyi Yaxın Şərq bölgəsi üçün təhlükə olduğunu düşünmür: “Avropa İttifaqı İŞİD-ə qarşı mübarizə aparanları dəstəkləmək məsələsində qərarlıdır. Biz İŞİD terrorunun qarşısını almaq üçün hər cür variantdan istifadə edəcəyik”.

 

Ərəb Birliyindən də İŞİD-ə qarşı mübarizədə dəstək aldıqlarını qeyd edən R.Pinotti islam terrorçularının maliyyə qaynaqlarının çökdürüləcəyini, o cümlədən əcnəbi ölkə vətəndaşlarının təşkilata qoşulmasının qarşısının alınacağını da sözlərinə əlavə edib.

 

Bu arada Ağ evdən verilən məlumata görə, Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama bu axşam İŞİD-lə mübarizə strategiyasını açıqlayacaq.

 

Dünən hərbi əməliyyatları dövlət katibi Con Kerri ilə müzakirə edən B.Obama İraqa quru qoşunları göndərməyin əleyhinədir. B.Obama İraqda olduğu kimi, Suriyada da terrorçulara havadan zərbələr endirməyin tərəfdarıdır.

 

Bu yaxınlarda, İŞİD-in iki amerikalı jurnalistin başını kəsərək öldürməsindən sonra Amerika ictimaiyyəti terror təşkilatına qarşı aparılan mübarizəyə dəstəyini daha da artırıb.

 

Bununla belə, ABŞ-ın Əfqanıstandan qoşunlarını çıxarmaq ərəfəsində ikən  yeni müharibənin başlaması ehtimalı cəmiyyət və Konqres üzvləri arasında narahatlıq yaradıb.

 

B.Obamanın prezident kimi Suriyada İŞİD-ə qarşı hücum əmri vermək səlahiyyəti olsa da, bəzi Konqres üzvləri hər hansı hərbi əməliyyata başlamazdan əvvəl onlarla müzakirə aparılmasını istəyir.

 

B.Obama gün ərzində Konqres liderləriylə, o cümlədən Senatdakı Demokrat Partiyasının lideri Harri Reyd, Respublikaçılar partiyasının lideri Mit Mkkonnell, Nümayəndələr Palatasının respublikaçı sədri Con Boehner və  demokrat sədri Nensi Pelosi ilə görüşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069
avatar

Oxşar yazılar