ABŞ Ukraynaya 300 milyon dollar ayırır
26 noyabr 2015 05:49 (UTC +04:00)

ABŞ Ukraynaya 300 milyon dollar ayırır

0

ABŞ prezidenti Barak Obama 2016-cı il üçün Konqres tərəfindən qəbul olunan müdafiə büdcəsini imzalayıb.

 

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın ABŞ-dakı səfiri Valeri Çalıy bildirib.

 

Sənəd Ukraynaya 300 milyon dollar həcmində hərbi yardım ayrılacağını nəzərdə tutur.   

 

“Bu məbləğin 50 milyonu Ukraynanın hərbi təhlükəsizliyinə, müdafiə silahlarının verilməsinə sərf ediləcək”, deyə V.Çalıy qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar