ABŞ Ukrayna hökumətinə islahatların inkişafı üçün 1 mlrd dollar ayırmaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, ABŞ gələcəkdə qeyd olunan məbləğdən əlavə Ukrayna hökumətinə daha 1 mlrd dollar həcmində maliyyə yardımı edəcəyini bəyan edib.
“Biz islahatların inkişafı üçün Ukrayna hökumətinə 1 mlrd dollar ayırırıq və bəyan edirik ki, Ukrayna hökumətinə əlavə 1 mlrd dollar həcmində maliyyə yardımı ayırmaq niyyətindəyik”, deyə Kerri bildirib.