ABŞ Donbasda “öz müqəddəratını təyinlə” bağlı keçiriləcək referendumun nəticəsini tanımaq niyyətində deyil.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Dövlət Departamentinin təmsilçisi Cen Psaki məsələ bağlı belə açıqlama verib: “Biz Ukraynanın bütövlüyünün pozulmasını israrla rədd edir və bunu qanunsuz sayırıq. Bu Ukrayna qanunlarına uyğun gəlmir”.
Özünü “Donetsk Xalq Respublikası” elan edən qondarma qurumun rəhbərliyi bir müddət öncə mayın 11-də keçirəcəkləri referendumun əsas hədəfinin Ukraynadan ayrılmaq olduğunu bildirmişdi.