Ukrayna Ali Radasının vitse-spikeri Andrey Porubiy Amerika səfəri zamanı Ukrayna hökumətinin tərtib etdiyi silahların siyahısını ABŞ rəhbərliyinə təqdim edib.
Lent.az-ın məlumatına görə, Ukrayna rəsmisi “Amerikanın Səsi”nə deyib ki, silah arsenalının bir hissəsi radarlar, pilotsuz təyyarələr, radio ötürücülərdən ibarətdir. Digər hissəsi isə tank əleyhinə raket kompleksi və ”jevelin”dən ibarət olacaq.
Onun sözlərinə görə siyahı artıq ABŞ prezidenti Barak Obamaya təqdim olunub: “Hesab edirəm ki, Amerika Ukraynanın silahlanmasına kömək etsə, bu, Avropa və Kanada üçün də bir təkan olar və onlar daha fəal şəkildə bizə kömək edərlər" - deyə Porubiy bildirib.