ABŞ Ukraynada hərbi təlimlər keçirəcək
25 iyul 2015 06:05 (UTC +04:00)

ABŞ Ukraynada hərbi təlimlər keçirəcək

ABŞ Ukraynanın qərbində hərbi təlimlər keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  Mark Toner təlimlərin ölkənin qərbində, “Polşa sərhədinin yaxınlığında” keçiriləcəyini bildirib: “Bu Milli Qvardiya ilə keçirilən təlimlərə oxşar tədbirlər olacaq”  

 

Toner qeyd edib ki, keçiriləcək təlimlər ABŞ-Ukrayna arasında uzunmüddətli əməkdaşlığın bir hissəsidir.  

 

Dövlət Departamentinin rəsmi nümayəndəsi təlimlərin Milli Qvardiya ilə yanaşı Silahlı Qüvvələri də əhatə edəcək. O bu addımın Ukrayna hökumətinin dəvəti əsasında həyata keçirildiyini bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar