ABŞ Türkiyəyə daha altı “F-15” təyyarəsi göndərdi
13 noyabr 2015 06:40 (UTC +04:00)

ABŞ Türkiyəyə daha altı “F-15” təyyarəsi göndərdi

0

ABŞ İŞİD terror qruplaşmasının İraq və Suriyadakı mövqelərinə zərbələr endirmək üçün Türkiyənin “İcirlik” aviabazasına əlavə olaraq altı “F-15” qırıcı-bombardmançı təyyarəsi göndərib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa üzrə komandanlığının bəyanatında bildirilir.  

 

“Biz Türkiyənin hava məkanının suverenliyinin qorunmasında və İŞİD-i zəiflədərək tamamilə məhv edilməsində birgə səylərə dəstək məqsədilə türkiyəli tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdiririk”, deyə bəyanatda qeyd olunur.  

 

Təyyarələrin Böyük Britaniyadan göndərildiyi vurğulanır.

 

Qeyd edək ki, ABŞ bir neçə gün əvvəl Türkiyənin “İcirlik” aviabazasında altı ədəd  “F-15C” və bir qrup “A-10” tipli  döyüş təyyarələrini yerləşdirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar