ABŞ Türkiyə ilə İŞİD-ə qarşı birgə mübarizəni müzakirə edəcək
19 noyabr 2014 04:33 (UTC +04:00)

ABŞ Türkiyə ilə İŞİD-ə qarşı birgə mübarizəni müzakirə edəcək

ABŞ prezidentinin İŞİD terror qruplaşması ilə mübarizə aparan koalisiyadakı xüsusi nümayəndəsi Con Allen Ankaraya səfər edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə,  o, noyabrın 19-da Türkiyə rəhbərliyi ilə İŞİD-ə qarşı birgə mübarizəni müzakirə edəcək. Məlumata görə, bu barədə ötən gün ABŞ xarici siyasət qurumunun nümayəndəsi Ceff Ratke bildirib.   

 

Türkiyə mətbuatı isə  Ankarada ötən həftə “Azad Suriya Ordusu”nun silahlılarının təchizatı və təlimi ilə bağlı danışıqların  yekun raundunun yekunlaşdığını bildirib.

 

Məlumata görə, söhbət Türkiyənin Kırşexir əyalətində 2000 suriyalı silahlının hazırlaşdırılmasından gedir. Həmçinin, ABŞ hökuməti  onların silah-sursatla təmin olunmasını  qismən,  təlim xərclərinin isə tam şəkildə ödənilməsini öz üzərinə götürüb. ABŞ hökumətinin  bu məqsədlər üçün Türkiyəyə öz hərbi mütəxəssislərinin göndərəcəyi də qeyd olunub.    

 

Lakin Ceff Ratke ötən gün bu məlumatları təsdiq etməkdən boyun qaçırdı. O, həmçinin, səfərinin belə bir təlim düşərgəsinin yaradılması məsələsi ilə bağlı olub-olmadığı sualına da cavab vermək istəməyib.

 

“Bizim tərəfdaşlar, xüsusən də  Səudiyyə Ərəbistanı və Türkiyə Suriya müxalifətinin hazırlaşdırılması  proqramının reallaşdırılmasında yardımlarını  təklif ediblər. İnfrastrukturun yaradılması üçün müəyyən vaxt gərəkdir. Konkret detalları isə siz  Müdafiə Nazirliyində öyrənə bilərsiniz”, deyə Ratke bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar