Pentaqonun mətbuat katibi polkovnik Stiven Uorren bildirib ki, ABŞ Tailandla hərbi əməkdaşlığı dayandırıb.
Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, xəbəri “Röyter” agentliyi yayıb.
Uorren deyib ki, bu Tailanddakı hərbi çevrilişlə əlaqədardır.
Xatırladaq ki, Tailandda hərbi hakimiyyətə quru qoşunları komandanı general Prayt Çan-Oça təyin edilib.