ABŞ Müdafiə Nazirliyi Suriya müxalifət qüvvələrinin hərbi təliminə dair proqramı icra etməyə başlayıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
“ABŞ hərbçiləri İŞİD qruplaşmasına qarşı mübarizə məqsədilə Suriya müxalifət qüvvələrinin hərbi təliminə başlayıb. Təlim proqramı İordaniyanın düşərgələrində həyata keçirilir. Analoji təlimlər bir müddət sonra Türkiyədə start götürəcək”, deyə agentliyə mənbə bildirib.
Pentaqon məlumata şərh verməkdən boyun qaçırıb.
ABŞ təlimlərə cəlb olunmuş suriyalılara silah, nəqliyyat və rabitə vasitələri ilə təmin edəcək. Proqram çərçivəsində hər il 5000-dək suriyalıya təlim keçmək nəzərdə tutulub.