ABŞ Suriyadakı mülayimə müxalifətə yardım etməyi planlaşdırmır
29 mart 2014 04:25 (UTC +04:00)

ABŞ Suriyadakı mülayimə müxalifətə yardım etməyi planlaşdırmır

0

“Hazırkı mərhələdə Suriyadakı mülayim müxalifətə  ABŞ-ın əlavə yardım edəcəyi gözlənilmir”.

 

Lent.az-ın  “İTAR-TASS”-a istinadən məlumatına görə, bu bəyanatla ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods çıxış edib.

 

Rods əlavə edib ki, son bir neçə ayda ABŞ Səudiyyə Ərəbistanın rəsmi şəxsləri ilə Suriyanın mülayim müxalifətinə yardım ayrılması məsələsini çox fəal şəkildə müzakirə edib.   

 

Köməkçinin müavini deyib ki, krallıqda keçiriləcək qarşıdan gələn görüşdə müzakirə olunacaq məsələlərdən biri “mülayim müxalifətin hərbi və siyasi sahədə Bəşar Əsədə qarşı müqavimətini yaratmaq, eləcə də Suriyadakı ekstremist qrupları təcrid etməkdir ”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 487

Oxşar yazılar