ABŞ Suriyanın mülayim müxalifətinə əlavə olaraq 40 milyon dollar ayırıb.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.
15 milyon dollar bilavasitə silahlı qruplaşmaların təchizatına yönələcək. Kerrinin sözlərinə görə, hələ ki Bəşər Əsəd hakimiyyətdədir və “İslam dövləti” təhlükə kəsb edir, Vaşinqton üsyançılara dəstək verməkdə davam edəcək.
Qeyd edək ki, Kerri BMT-nin mənzil-qərargahında Suriyanın Milli müxalifət və inqilab qüvvələri Koalisiyasının üzvləri ilə görüşüb.