ABŞ Senatının küçmiş üzvündən 500 min dollarlıq dələduzluq
29 may 2015 07:31 (UTC +04:00)

ABŞ Senatının küçmiş üzvündən 500 min dollarlıq dələduzluq

0

ABŞ Senatı aparatının ticarət, elm və nəqliyyat komitəsinin 65 yaşlı sabiq əməkdaşı  Robert Li Fosterə qarşı 500 min dollar məbləğində dələduzluq ittihamı irəli sürülüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir.  

 

Məlumata görə, Foster 2008-ci ildən 2015-ci ilin mayınadək cinayət yolu ilə külli məbləğdə pul vəsaitləri və mülkiyyət mənimsəyib. Onun əməllərindən azı üç qadın zərər çəkib.  

 

Robert Li Fosterin qurbanları qarşısında etimad qazanmaq məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi qeyd olunur. Aldatma yolu ilə o bu şəxsləri pullarını onun adına köçürməyə çağırıb.

 

Cinayət işi üzrə istintaq Federal Təhqiqatlar Bürosu tərəfindən aparılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 345

Oxşar yazılar