Yəməndə yaraqlılar ABŞ səfirliyinin maşınlarını və silahını ələ keçiriblər.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, ABŞ səfirliyinin binası oradan bütün əməkdaşlar təxliyyə edildikdən sonra tutulub.
Eyni zamanda "Reuters" xəbər agentliyi bildirir ki, bütün kompüterlər, sənədlər və silah səfirliyin bağlanmasıyla əlaqədar məhv edilmişdi.
Daha əvvəl bildirilirdi ki, ABŞ hakimiyyəti müvəqqəti olaraq Yəməndə səfirliyi bağlayıb və ölkənin paytaxtı Sənadə vəziyyətin pisləşməsinə görə əməkdaşları təxliyyə edib.