Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə Amerika Birləşmiş Ştatlarının səfirliyi qarşısında partlayış baş verib. Lent.az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzenin idarə etdiyi minalanmış avtomobil səfirliyin əsas girişinin yaxınlığında partlayıb.
Kabilin polis rəisi Fərid Əfzali həlak olanların dəqiq sayı barədə onlarda məlumatın olmadığını bildirib. Baş verənlərə görə isə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
Bu il ABŞ və NATO qüvvələrinin Əfqanıstanda hərbi əməliyyatları başa çatır. Əsas hərbi qüvvələrinin çıxarılmasından sonra bir neçə min Amerika əsgəri Əfqanıstana qalaraq hərbçi və polislərə təlim keçəcək. Ekspertlərin fikrincə, onlar gedəndən sonra “Taliban” yenidən irimiqyaslı hücumlara başlayacaq.