ABŞ administrasiyası hələ ki Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində deyil.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.
“Biz Minsk razılaşmalarının həyata keçirilməsini izləməkdə davam edirik. Ağır silahların geri çəkilməsini müşayiət olunur. Lakin ABŞ Rusiya və onun dəstəklədiyi separatçıların fəaliyyətindən hələ də narahatdır ”, deyə C.Ernest bildirib.
Onun sözlərinə görə, Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşdiyi təqdirdə Rusiyanın izolyasiyası gücləndiriləcək.