ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
17 dekabr 2014 00:14 (UTC +04:00)

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları həftəsonuna kimi imzalamağa hazır olacaq. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.

 

“Mən bunun  həftənin sonunadək baş verəcəyini gözləyirəm”, deyə o bildirib.

 

Qeyd edək ki, ABŞ Konqresi bundan əvvəl “Ukraynada azadlığa dəstək verilməsi haqqında” qanun qəbul edib. Qanun silah və neft sahəsində yüksək texnologiyaların istehsalı ilə məşğul olan Rusiya şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsini, həmçinin, Ukrayna hökumətinə hərbi yardımın göstərilməsini  nəzərdə tutur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar