Ukraynadakı fəaliyyəti ilə bağlı ABŞ Senatı Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Dövlət Departamentinin təmsilçisi Cen Psaki məsələ ilə belə açıqlama verib: «Biz sanksiyanı sadəcə olaraq, nəzərdən keçirmirik.Çox güman onu tətbiq edəcəyik».
Cen Psaki onu da qeyd edib ki, Ukrayna ordusuna qarşı güc tətbiqi edəcəyi halda Rusiya məsuliyyət daşıyacaq.
Senatın Avropa işləri üzrə yarımkomitəsinin sədri Kris Merfi öz növbəsində bildirib ki, senat Rusiyanın banklarına sanksiya tətbiq edə bilər, eləcə də dövlət müəssisələri və özəl sərmayəçilərin hesablarının dondurulmasına çağırış edib. Bundan komitə sədri Rusiya vətəndaşlarının ABŞ səfərinə məhdudiyyətin qoyulmasını istəyib.
K.Merfi qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı birtərəfli sanksiyası yetərli deyil, bunun daha səmərəli olması üçün Avropa Birliyi də aksiyaya qoşulmalıdır.