ABŞ Rusiyaya qarşı sanksiyaları uzada bilər
04 noyabr 2015 02:40 (UTC +04:00)

ABŞ Rusiyaya qarşı sanksiyaları uzada bilər

0

Minsk razılaşmaları yerinə yetirilmədiyi təqdirdə, ABŞ Rusiyaya qarşı sanksiyaları uzatmaq niyyətindədir.  

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Bencamin Ziff  bəyan edib.

 

“Rusiya Minsk razılaşmalarını yerinə yetirməsə 2016-cı ilin əvvəlində sanksiyalar növbəti müddətədək uzadılacaq”, deyə B.Ziff bildirib.

 

Belarusun paytaxtı Minskdə Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri – Pyotr Poroşenko, Vladimir Putin, Fransua Olland və Angela Merkel arasında keçirilən danışıqlarda əldə olunan razılaşmalar üçtərəfli təmas qrupu (Ukrayna, Donetsk-Luqansk separatçıları, ATƏT) tərəfindən fevralda imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar