ABŞ Rusiyaya qarşı maliyyə, enerji və müdafiə sahələrində yeni sanksiyalar tətbiq etməyə planlaşdırır. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bildirib.
“ABŞ Rusiya iqtisadiyyatının maliyyə, enerji və müdafiə sahələrinə qarşı sanksiyaların dərinləşdirilməsi və genişləndirməsi üçün müvafiq tədbirləri razılaşdırır”, deyə Harf qeyd edib.
Bundan başqa, ABŞ Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun bu məsələdə Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.