ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
31 iyul 2015 03:36 (UTC +04:00)

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ  Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunmuş siyahıya Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ilə əlaqəli olan şəxslər və Rusiyada, həmçinin Krımda fəaliyyət göstərən  bir sıra kommersiya və sənaye müəssisə daxil edilib.    

 

Siyahıda Rusiya prezidenti ilə yaxın əlaqəsi olan sahibkar Boris Rotenberqin oğlu Roman Rotenberq, “Yanukoviç ailəsinin bankiri” adı ilə tanınan Sergey Kurçenko,   Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin böyük oğlu Aleksandr Yanukoviç, Ukraynanın sabiq baş nazirinin müavini və prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev və “Kalaşnikov” konsernin yüksək vəzifəli əməkdaşı Andrey Bilyutin daxil ediliblər.

 

Siyahıya daxil edilmiş kommersiya və sənaye müəssisələri arasında “İjevsk Mexaniki Zavod”, “İjmaş Konserni”, Yevpatoriya, Feodosiya, Kerç, Sevastopol, Yalta limanları  və Kerç bərə keçidi yer alıb.

 

Sektorlar  sanksiyalar Şimali  Qafqazın inkişafı üzrə Korporasiyaya, Baykal və Uzaq Şərq bölgələrinin inkişaf Fondu, bir neçə neft emalı zavodları və banklara şamil edilib.

 

 

“Rosneft” və “Vneşekonombank” ilə əlaqəli maliyyə təşkilatları da sanksiya siyahısına daxil edilib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar