ABŞ Rusiyanın Suriyada iştirakının gücləndirilməsindən narahatdır
06 sentyabr 2015 00:50 (UTC +04:00)

ABŞ Rusiyanın Suriyada iştirakının gücləndirilməsindən narahatdır

0

ABŞ dövlət katibi Con Kerri Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon danışığı zamanı Suriyadakı vəziyyətlə bağlı öz narahatlığını ifadə edib.     

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Kerri Lavrovla Rusiyanın Suriyada hərbi iştirakının gücləndirilməsinə dair mətbuatda yayılan xəbərləri müzakirə edib.  

 

Kerrinin sözlərinə görə, əgər bu xəbərlər həqiqətə uyğundursa, onda bu cür addımlar Suriyada   gərginliyin artmasına səbəb ola bilər.

 

Qeyd edək ki “The Telegraph” nəşri bundan əvvəl mənbələrinə istinadən yaydığı məlumatda Rusiyanın Suriyada hərbi baza açmaq niyyətində olduğunu bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar