ABŞ Rusiyanın Kiyevdəki səfirliyinə basqını qınayıb
15 iyun 2014 03:00 (UTC +04:00)

ABŞ Rusiyanın Kiyevdəki səfirliyinə basqını qınayıb

0

Rusiyanın Ukraynadakı səfirliyinin binasına basqını ABŞ hakimiyyəti mühakimə edib. Lent.az-ın “BBC»-yə istinadən məlumatına görə, rəsmi Vaşinqton Ukrayna hakimiyyətindən diplomatik missiyanın təhlükəsizliyini təmin etməyi tələb edib.

 

 

“ABŞ Rusiyanın Kiyevdəki səfirliyinin  binasına basqını mühakimə edir. Ukrayna hakimiyyətini Vyana konvensiyasının öhdəliklərinə əməl etməyə və təhlükəsizliyi təmin etmək üçün tədbirlər görməyə çağırıb” -deyə, Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib.

 

Xatırladaq ki, bir müddət öncə səfirliyinin binası qarşısında nümayiş keçirənlərin Rusiya bayrağını cırması, binanı yumurtalaması və diplomatların avtomobillərini boyaması haqda xəbər yayılmışdı. 

 

Qeyd edək ki, etirazçılar Rusiya tanklarının Ukrayna ərazisinə girməsindən, ölkənin Luqansk rayonunda “İl-76” hərbi-nəqliyyat təyyarəsinin vurulmasına qarşı Moskvanın Kiyevdəki səfirliyinin binası qarşısında aksiya keçirib. Onu vurğulayaq ki, «İl -76» təyyarəsinin vurulması nəticəsində 49 nəfər ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar